İbrahimoviçdən gözlənilməz açıqlama

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç gözlənilməz açıqlamaları ilə diqqət çəkib.
Turaninfo.az Qol.az-ın məlumatına istinadən, isveçli forvard TV4-ə açıqlamasında mövsümün sonunda karyerasını başa vura biləcəyini deyib:
"Mövsümün sonunda qərarım ağlasığmaz ola bilər. Çünki bəlkə də karyeramı başa vurdum. Təbii ki, bu barədə heç kəs düşünmür. Ancaq mövsümün sonunda karyeramı zirvədə başa vurmağı seçə bilərəm".
Qeyd edək ki, mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq İbrahimoviçin karyerasını harada davam etdirəcəyi məlum deyil.