İbrahimoviç: "PSJ "Mançester Siti"dən güclü idi"

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalında uduzduqları "Mançester Siti" ilə oyun haqda danışıb.
Turaninfo.az ESPN-ə istinadən verdiyi məlumata görə, isveçli forvard komandasının "Mançester Siti"dən daha güclü olduğunu bildirib:
"İlk 45 dəqiqədə komanda istədiyi oyunu sərgiləmədi. Azarkeşlər bizim oyuna nəzarəti rəqibə verdiyimizi söyləyə bilərlər. Lakin ikinci hissədə öz taktikamıza qayıtdıq və daha yaxşı oynadıq. PSJ "Mançester Siti"dən güclü idi. Sadəcə, ilk matçda evdə bərabərə qalmışdıq. Səfərdə isə minimal hesabla uduzduq. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, iki oyunun nəticəsinə görə "Mançester Siti"yə uduzan PSJ turnirdə mübarizəni dayandırıb