İbrahim Tatlısəsdən Rza Zərraba dəstək

 
19 martdan bəri ABŞ-da həbsdə olan iranlı biznesmen, müğənni Ebru Gündəşin boşanma ərəfəsində olduğu həyat yoldaşı Rza Zərraba türk müğənni İbrahim Tatlısəsdən dəstək gəlib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı sosial mediada Zərrab haqqında yazaraq onun günahsız olduğuna inandığını bildirib:
 
“Amerika günahsız şəkildə həbsdə yatır. İlahi ədalət gec, ya da tez yerini tapacaq. Mən Allahın bir olduğuna necə inanıramsa, bunun da belə olduğuna inanıram. Allah böyükdür”.
 
Qeyd edək ki, R.Zərrab 2013-cü ildə də həbsdə olub.