​İbrahim Tatlısəs qızını sevgilisindən ayırdı?

 
İbrahim Tatlısəsin illər sonra qəbul etdiyi qızı Dilan Çıtak sevgilisi Levent Dörterdən ayrılıb.
 
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, ikilinin ayrılmasına səbəb İbrahim Tatlısəsin "Ondan ayrıl, sənə yaraşmır" deməsi və Dilan Çıtakın teatrda fəaliyyətə başlaması göstərilir. İddiaya görə, Dilan Çıtak “Tamaşada oynayacağam, qapı orada - istədiyin yerə gedə bilərsən" deyərək Levent Dörterlə münasibətlərinə son qoyub.
 
Dilan Çıtakın oynadığı tamaşada onun bir müddət əvvəl sevgili olduğu Nejat Uyğur da yer alır.