İbosevərlərə ağır xəbər

Məşhur türk müğənni İbrahim Tatlısəs bir daha mahnı oxuya bilməyəcək.
 Axar.az xəbər verir ki, bu haqda müğənni İzzət Yıldızhan türk mediasına açıqlamasında deyib. O, İbrahim Tatlısəsin sənət fəaliyyətini dayandırdığını bildirib:
 Artıq İbrahim Tatlısəsin mahnı oxumaq ehtimalı yoxdur. Məncə, o, bir daha mahnı oxumayacaq. Musiqiçilər və həkimlər bu məsələni çox yaxşı bilir”.
 Qeyd edək ki, müğənni 2011-ci ildə İstanbulda silahlı hücum nəticəsində başından güllə yarası alıb və bir neçə dəfə buna görə əməliyyat olunub.