İbadi növbəti dəfə “gül vurdu” : Ölkəsindəki sünniləri hədələdi – “Bunlar Türkiyənin əliylə hakimiyyəti ələ keçirmək istəyirlər”

 
İraq baş naziri  Heydər  İbadi növbəti dəfə Türkiyə əleyhinə açıqlamalar verib.
Avropa.info xəbər verir ki, İbadi rəsmi Bağdada müxalif olan sünni qrupları tənqid edərək onları Türkiyə ilə İraqın arasını vurmaqda ittiham edib.
“Bəziləri özlərinin iraqlı olduğunu iddia edir, ancaq davam olaraq türkləri bizə qarşı təhrik edirlər və iki dövləti bir-birinə vurmaq üçün səy göstərirlər. Bu mənə çox təəccüblü gəlir. Türkiyə ilə diplomatik kanalları açdıq və mövzunu sakit tempə çəkmək üçün dialoq başlatdıq. Bu istiqamətdə bəzilərinin yalan məlumatlar ötürdüyünü aşkar etdik. Bunların tək məqsədi Türkiyəni böhrana itələməkdir. Türkiyənin İraqa gəlməsindən sonra bunlar hakimiyyəti ələ keçirmək istəyirlər. ”
İbadi Türkiyənin yalnız öz maraqlarını düşündüyünü, qoşunlarını bu məqsədlə İraqa yerləşdirdiyini deyib: “Türkiyə daxil hər dövlətin sabit metodu var; öz maraqlarını düşünər, onun-bunun xətri üçün ordusunu başqa ölkəyə soxaraq fəda etməz. Bu ana qədər Türkiyə ilə münaqişənin qarşısını almaq üçün böyük əmək sərf etmişik. Amma, açığını deyim. Allah göstərməsin, Türk Silahlı Qüvvələri İraqa düşünülməmiş şəkildə girərsə, bunun əvəzini ödəyəcəklər.”