“Həzrət Hüseynin(s) bayrağı zülmə baş qaldıranların bayrağıdır...” -Video

Zülfükar ağa:”O mübarək bayraq Qiyamətədək dalğalanacaq...”
 
 
Moderator.az-ın “Kurtlar vadisi pusu” serialından təqdim etdiyi növbəti ibrətamiz səhnədə də Kərbəla şəhidliyindən bəhs edilir. Filmin ünlü qəhrəmanlarından olan əhli-beyt aşiqi Zülfükar ağa Polad Ələmdar üçün xüsusi Aşura xörəyi gətizdirir. Poladın “nə zəhmət çəkdiniz” deməsinə cavab olaraq o, “Nə zəhməti? Aşuradır, Məhərrəm ayını yaşayırıq. Nuş olsun...” söyləyir. Və “Əslində bizim üçün hər gün Aşura, hər yer Kərbəla...” -deyə davam edir. Bunun ardınca Polad Ələmdar “Həzrət Hüseynin(s) bayrağı zülmə baş qaldıranların bayrağıdır. İnşallah, biz o bayrağı heç buraxmayacağıq” –söyləyir. Zülfükar ağa isə kövrələrək  “O mübarək bayraq Qiyamətə qədər dalğalanacaq. Nə yolla olur-olsun...”-deyə vurğulayır...
 
Sultan Laçın

Загрузка...
Загрузка...