"Hz. Məhəmməd olmasaydı, Fətullah Gülən..." ŞOK İDDİA

 
Türkiyədə FETÖ ətrafında aparılan istindaq zaman diqqətçəkən faktlar ortaya çıxıb.
 
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqa ifadə verən gizli şahid bildirib ki, təşkilatın içərisində "Hz. Məhəmməd olmasaydı, Fətullah Gülən son peyğəmbər olacaqdı" kimi fikirlər səsləndirilib.
 
O deyib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri Fətullah Gülənə müqqədəs şəxs kimi baxıb.
 
"Biz insanları Fətullah Gülənin sonuncu imam Mehdi olduğuna inandırmağa çalışırdıq. Söhbətlər zamanı deyirdik ki, Fətullah Gülən Mehdidir və İslamı bütün dünyada hakim vəziyyətə gətirəcək. Hizmət evlərində qalan tələbələrin başlarını müxtəlif hədiyyələrlə aldatdıq. Biz xüsusilə Türkiyənin şərqindən gələn və çox savadlı insanları aramıza götürürdük".