​Həyətində 114 kol çətənə yetişdirib

Hacıqabul rayonunda narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb.
 
 
rayonun İsmət Qayıbov küçəsi, 3 ünvanında yaşayan Əlövsərov Salavat Xanlar oğlunun yaşadığı həyətin istixanasından 114 kol (hər biri 1,8-2,5 metr hündürlüyündə) çətənə kolları, qurudulmuş marixuana və sənədsiz ov tüfəngi aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb. Həmin şəxs saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. X. Əlövsərovun əvvəllər quldurluq cinayəti törətdiyinə görə Rusiya Federasiyasında məhkumluq həyatı yaşadığı bildirilir