Husilər və Səudiyyə Ərəbistanı arasında əsirlərin mübadiləsi baş tutub

Yəməndə husilər və Səudiyyə Ərəbistanı arasında ilk dəfə əsirlərin mübadiləsi baş tutub
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu husilərin mətbuat katibi Məhəmməd Əbdül Salam bəyan edib. Onun sözlərinə görə, mübadilə zamanı 100 müxalif döyüşçü müqabilində 9 Səudiyyə Ərəbistanı əsgəri qarşı tərəfə təhvil verilib.
Məlum olduğu kimi, hazırda üsyançı husilər və Səudiyyə Ərəbistanı arasında Yəməndə münaqişənin nizamlanmasına dair danışıqlar aparılır. Bu, 2015-ci ildə tərəflər arasında döyüş əməliyyatı başlanandan bəri ilk görüşdür.
Qeyd edək ki, bundan əvvəl BMT baş katibinin xüsusi elçisi İsmayıl uld Şeyx Əhməd Yəməndə atəşkəs rejiminin aprelin 10-dan qüvvəyə minəcəyini bildirmişdi.