Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

Baxış sayı: 
134

 
İstintaq Hüseyn Adbullayevin Bakıdakı əlaqələrini və “kuratorlarını” axtarır.
 
Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək.
Turaninfo.org Musavat.com-a istinadən bildirir ki, bu haqda onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, müvəkkili Azərbaycana gətiriləndən sonra istintaq hərəkətləri gerçəkləşdirilməyə başlayıb. Onu vergi cinayətləri ilə bağlı sorğu-sual edirlər. Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü – külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt sabiq deputat ölkədən qaçdığı üçün barəsində həbsli axtarış elan olunmuşdu. Onu bir müddət beynəlxalq polis təşkilatı – İnterpol xətti ilə də bütün dünyada axtarırdılar.
Sonradan Hüseyn Abdullayevin adı beynəlxalq polis təşkilatının axtarış siyahılarından çıxarıldı.
 
Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumatlarda deyilir ki, H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.
 
Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.
 
O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki,  Avropadakı “söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da “Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Musavat.com belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.
 
Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox “məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının, Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: “Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan ”Quska”nın yardımına yetişə bilməzdi”…

Загрузка...
Загрузка...