“Hürriyet” ordumuzun Lələtəpə zəfərindən yazdı (VİDEO, FOTO)

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti Azərbaycan ordusunun strateji Lələtəpə yüksəkliyini işğaldan azad etməsindən yazıb.
Musavat.com xəbər verir ki, “Doğan” agentliyinin müxbiri işğaldan azad edilmiş ərazilərdə olub. Qəzet yazır ki, aprelin 2-dənbaşlayan və dörd gün davam edən döyüşlərdən sonra Azərbaycanın işğal altındakı ərazilərində yeni status-kvo yaranıb.
Türkiyə jurnalistlərinin məlumata göə, Azərbaycan odusu işğaldan azad etdiyi yüksəkliklərdə möhkəmlənməyə davam edir.
“Döyüşlərin başladığı gecə Azərbaycan ordusu Ermənistan tərəfini geri çəkilməyə məcbur edib və strateji mövqeləri 24 il sonra geri alıb. Ermənistan əsgərləri Lələtəpə adlandırılan yüksəklikdən kəndləə və mülki vətəndaşların yaşadığı yerlərə atəş açırdı. Bu mövqe 1994-cü ildən bu yana baş verən ən şiddətli döyüşlərdən sonra geri alındı”, - yazıda deyilir.