Hüquq müdafiəçisindən Saakaşvili barədə: “Gözləri qarşısında arvadı və qızı zorladılar”

 
“Mixail Saakaşvilinin prezidentliyi dövründə Gürcüstan həbsxanalarında amansız işgəncələr və zorlamalar olurdu”.
Publika.az xəbər verir ki, bunu “Keçmiş siyasi məhbuslar insan haqları uğrunda” qeyri-hökumət təşkilatının rəhbəri, hüquq müdafiəçisi Nana Kakabadze Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib.
“Demək olar ki, həmin vaxt həbsxanalarda olan hər kəsi zorladılar. Saakaşvili dövründə zorlanmayan məhbus olmadı. Hamını kamera ilə çəkdilər”, - nəşrin həmsöhbəti söyləyib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Saakaşvilinin hakimiyyəti dövründə 300 mindən çox insan Gürcüstanın islahedici müəssisələrində işgəncələr görüb, zorlanıb və qeyri-insani münasibətlər qarşılaşıb.
“Xalq niyə susur? Çünki onlar bilirlər ki, nəsə deyəcəklərsə, bu kadrlar yayılacaq. Bu, Qafqaz xalqıdır, tamamilə başqa mentalitetdir. Bu, Avropa deyil. Məhbusun gözləri qarşısında arvadını və qızını zorladılar! Bu, istisna deyildi, bu təbii hal idi. On iki yaşlı oğlanı atası və anasının zorlanmasına baxmağa məcbur etdilər. Bu, dəhşət idi, sadəcə təsəvvür etmək mümkün deyil!” - Kakabadze vurğulayıb.
O iddia edir ki, Gürcüstanın o vaxtkı hakimiyyəti kilsə xadimlərinin iştirakı ilə işgəncələr və zorlamalar təşkil etməkdən çəkinmirdi.
Onun sözlərinə görə, indi bu haqda KİV-də danışmaq mümkün deyil: “Biz çox kiçik ölkədə yaşayırıq, hamımız bir-birimizi tanıyırıq. Hamısı yaxın insanlar və qohumlardı. Biz sadəcə susuruq”.
Nana Kakabadze qeyd edir ki, Saakaşvili və dövlətin digər ən yüksək vəzifəli şəxsləri bu hadisələrin kadrlarına baxırdılar:
“Bu kadrlara Saakaşvilinin özü və onun qrupu baxırdı. Yəqin, onlar xəstə insanlardır və daxildə hansısa bir iblis gücü var idi. Mən bilmirəm, onlar bu kadrlara necə baxırdılar. Bu, sadəcə dəhşət idi”.
Ömər

Загрузка...
Загрузка...