Hüquq müdafiəçisi yenidən həbs edildi

Şirvan Apelyasiya hkəsində duzluqda ittiham olunan quq dafiəçisi Rasim Əlizadənin apelyasiya şikayəti üzrə hkəprosesi başa çatıb.
 
Trend-in məlumatına görə, məhkəmə prokurorluq orqanının protestini araşdırıb və təmin edib. Məhkəmənin qərarı ilə prokurorluğun protesti təmin edilib və R.Əlizadənin hökmündən Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilib. Məhkəmə R.Əlizadə barəsində 5 il 1 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
 
Onun barəsində bs timkan dbiri seçilib hkəzalında bs edilib.
 
İttihama görə, hüquq müdafiəçisi Rasim Əlizadə tamah məqsədilə 2012-ci ilin oktyabr ayında Bakı şəhər sakini Kamran Əliyev adlı şəxsi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 22 sentyabr 2012-ci ildə Cinayət Məcəlləsinin 29,206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa cəhd), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş qardaşı Seyran Əliyevi həbsdən azad etmək imkanı olmasına inandırıb.
 
R.Əlizadə K.Əliyevi qardaşını həbsdən azad etmək adı ilə aldadıb və bu məqsədlə ondan Bakı şəhərində Hərbi hospitalın yaxınlığındakı "Papanin" kafesində 5000 manat, bundan bir müddət sonra, 2012-ci ilin oktyabr ayında Astara rayonunun Ərçivan kəndində 4000 manat və noyabr ayında həmin yerdə 6000 manat alıb.
 
R.Əlizadə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilib. O, 2014-cü ilin noyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Əlizadə apelyasiya şikayəti verib.
 
Bakı Apelyasiya Məhkəməsinin 1 fevral 2015-ci il tarixli qərarı ilə R.Əlizadənin barəsində olan hökm ləğv edilib və iş araşdırılması üçün yenidən apelyasiya instansiyasına qaytarılıb.
 
R.Əlizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin bütün tərkibinə etiraz verdiyi üçün işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə R.Əlizadənin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 5 il 1 ay 18 gün müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.
 
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində R.Əlizadənin həbs edilməsini istəyib. Həmçinin R.Əlizadə də barəsində bəraət hökmünün çıxarılması barədə apelyasiya şikayəti verib.