Hülya Avşarın "Kişilər həyat yoldaşlarına aldatsa, evlilik davam edər” sözlərinə SƏRT CƏZA

Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) Hülya Avşarın öz verilişində “Kişilər həyat yoldaşlarına gizli-gizli xəyanət etməlidir” sözlərini bağışlamayıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, RTÜK proqramın yayımlandığı “Star TV” kanalını rekord məbləğdə cərimələyib. "10 barmağımda on mərifət var", - deyən televiziya ulduzunun sözləri sosial şəbəkələrdə böyük tənqidə səbəb olub.
Türkiyə Radio və Televiziya Ali Şurası veriliş haqqında bu açıqlamanı verib:
“Star TV-də yayımlanan "Bir Hülya Avşar söhbəti" proqramında aparıcı Hülya Avşarın "Kişilər həyat yoldaşlarını hərdən gizli-gizli aldatsalar, ailələr dağılmaz, ər-arvad ölənə qədər bir yastıqda qocalarlar. Kişilər qadınlara gizli şəkildə xəyanət etmək məcburiyyətindədir” fikrini bir neçə dəfə təkrar edib. "Qeyri-etik ifadələrin dəfələrlə təkrar olunmasını nəzərə alaraq "Cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsipinə zidd ola bilməz" hökmü çərçivəsində televiziya kanalına cərimə tətbiq edilməsi barədə qərara gəlinib".
Aytən

Загрузка...
Загрузка...