Hülya Avşardan xoşbəxt evliliyin formulu: “Kişilər həyat yoldaşına gizli-gizli...” - VİDEO

 
 
"Kişilər gizli-gizli aldadarsa, o evliliklər boşanma ilə nəticələnməz”.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Tanınmış aktrisa və müğənni Hülya Avşar öz verilişində deyib. “Bir Hülya Avşar söhbəti” verilişinin bu həftəki qonağı “Aşk uykusu” kitabının müəllifi, sevgi həkimi köşəsinin yazarı və məşhur jurnalist Mehmet Coşkundeniz olub.
Məhəbbət həkimi Mehmet Coşkundeniz Hülya Avşarla evlilik, münasibətlər, xəyanət haqqında maraqlı söhbət edib. Coşkundenizin sözlərindən çox Avşar qızının ifadələri proqrama damğa vurub.
Kişilərin sədaqətsizliyindən şikayət edən Hülya Avşar "Kişilər həyat yoldaşlarını hərdənbir gizli-gizli aldatsalar, ailələr dağılmaz, ər-arvad ölənə qədər bir yastıqda qocalarlar. Kişilər qadınlara gizli şəkildə xəyanət etmək məcburiyyətindədir” , - deyə bildirib.

Загрузка...
Загрузка...