Hulusi Akarı Gülənlə görüşdürmək istəyən şəxs kimdir?

 
 
Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi zamanı girov götürülən Baş Qərargah rəisi Hulusi Akarı Fətullah Gülənlə görüşdürmək istəyən qiyamçının adı açıqlanıb.
 
Axar.az “Habertürk”ə istinadən xəbər verir ki, həmin şəxsin Baş Qərargah İdarə Heyətinin sədri, general Məhməd Partiköç olduğu bildirilib.
 
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Frans 24” telekanalına açıqlamasında qiyamçıların Pensilvaniyadan gələn təlimatla Hulusi Akarı Gülənlə görüşdürmək istədiklərini bildirmişdi.