Hulusi Akardan erməni deputata: “İsbat etməyən şərəfsizdir”

 
 
Bəhs etdiyiniz “erməni soyqırımı”nın olmaması da bizim üçün o tarixi həqiqətlərdən biridir.
 
Turaninfo.az “Xəbər7”-yə istinadən məlumat verir ki, bunu NATO Parlament Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Ermənistandan olan deputat Koruyn Nahapetyanın “erməni soyqırımı” barədə sualına cavab verərkən bildirib.
 
Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair örnək verərək cavablandırıb:
 
“Erməni soyqırımı”nı bəzi ölkələrin qəbul etməsi heç nəyi dəyişmir. 16-cı əsrdə Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona inanmadılar, ancaq bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz “erməni soyqırımı”nın olmaması da bizim üçün o tarixi həqiqtələrdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək”.
 
K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə Akar sərt reaksiya verib:
 
“Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat etməyən şərəfsizdir, əxlaqsızdır, tərbiyəsizdir. İsbat etsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürrməyinizi tələb edirəm”.