​Hərbi xərclər “soyuq müharibə” dövründən sonra ən yüksək həddə olacaq

Baxış sayı: 
146

“IHS Jane” konsaltinq firmasının illik icmalında verilən proqnozlara görə, 2018-ci ildə Avropa dövlətlərinin müdafiəyə ayrılan məcmu xərcləri “soyuq müharibə” dövründən sonra ən yüksək həddə olacaq. Şərqi Avropa ölkələrində müdafiə büdcəsinin daha sürətlə artacağı gözlənilir.
“National Interest” portalı xəbər verir ki, Şərqi Avropa ölkələri arasında müdafiə büdcəsinin artımına görə birinci cərgədə Baltiya ölkələridir.
İcmala görə Baltiya ölkələri 2014-cü illə müqayisədə 2018-ci ildə müdafiə xərclərini iki dəfə artıracaqlar.
“IHS Jane”in proqnozuna görə, dünya dövlətlərinin müdafiəyə ayırdığı məcmu xərcləri 2018-ci ildə 1,67 trilyon dollaradək (1,41 trilyon avro) artacaq. “Soyuq müharibə” dövründən sonra bundan əvvəlki rekord 1,63 trilyon dollar (1,37 trilyon avro) olub. 2010-cu ildə də müdafiə xərcləri bu səviyyədə idi.
2018-ci ildə dövlətlərin müdafiəyə ayrılan məcmu xərcləri 2017-ci ilə nisbətdə 3,3 faiz artacaq. Son onillikdə bu cür artım müşahidə edilməyib.
“IHS Jane”in baş analitiki Fenella Makqreti deyib: “Müdafiə xərclərinin artırılması dünyada iqtisadi vəziyyətin yaxşılaşmasını, bir çox mühüm regionlarda qeyri-sabitliyin davam etməsini göstərir. Son 10 il ərzində müdafiə xərcləri ÜDM-lə nisbətdə ən aşağı səviyyədə olub”.
Asiya, Sakit okean, Yaxın Şərq regionlarında ən iri müdafiə xərclərinin qeydə alındığı ötən illərdən fərqli olaraq, 2018-ci ildə ABŞ və Avropa ölkələri müdafiəyə xərclər daha çox ayıracaqlar.
“IHS Jane”in proqnozuna görə 2018-ci ildə ABŞ müdafiə xərclərini 4,8 faiz, Avropa ölkələri orta hesabla 1,6 faiz artıracaqlar. Bundan əlavə, NATO-nun tövsiyəsinə rəğmən, 2018-ci ildə 8 Avropa ölkəsində: Estoniya, İngiltərə, Yunanıstan, Litva, Latviya, Polşa, Rumıniya və Türkiyədə müdafiə xərcləri ÜDM-in 2 faizini aşacaq. (azərtac)

Загрузка...
Загрузка...