Hərbi sənaye komleksinin inkişafı iqtisadiyyatımız baxımından da önəmlidir”

Baxış sayı: 
164

Vahid Əhmədov: “Dövlətimiz tərəfindən hərbi zavodların inşasına kifayət qədər vəsait ayrılır”
 
 
Müdafiə sənayesi naziri Yavər Camalov bu günlərdə ökə mediasına verdiyi açıqlamada hərbi sənaye kompleksinin genişləndiyini, yaxın vaxtlarda daha iki hərbi zavodun açılacağını bildirib.
Maraqlıdır, ölkəmizin milli hərbi sənaye kompleksinin inkişafı iqtisadiyyatımızın tərəqqisi baxımından nə dərəcədə önəmlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov baş verənlərin milli iqtisadiyyatımızın möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Hərbi sənaye sahəsi ciddi sahə hesab olunur. Bu, Azərbaycan üçün çox əhəmiyyətli bir sahə olduğu üçün, dövlətimiz tərəfindən də, hərbi zavodların inşasına kifayət qədər vəsait ayrılır. Ölkəmizdə müxtəlif silah-sursatlar, mərmilər istehsal olunur. Son 15 ildə bu sahədə böyük işlər görülüb. Hərbi sənaye kompleksimiz ölkəmizin hərbi strukturlarını müəyyən hərbi ləvazimatla təmin edir.
Hərbi sənaye komleksinin inkişafı iqtisadiyyatımız baxımından da önəmlidir. Bu, vətəndaşlarımızın məşğulluq problemini həll etmək baxımından da mühüm əhəmiyyət kəsb edir”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...