​Hərbi salam necə verilməlidir? - Nizamnamə/ Foto

 
 
 Uzun illər prokurorluq orqanlarında çalışmış, hazırda isə Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi olan Tariyel Qurbanovun hərbi salamı sol əli ilə verməsi barədə müzakirələr səngimək bilmir
 
T. Qurbanov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, ziyarət vaxtı sağ əlində problemlər olub. Bundan əlavə uzun illər həbi sistemtə çalışdığını deyən prokuror, hərbi nizamnamədə sol əllə hərbi salam verməklə bağlı heç bir qadağa olmadığını dilə gətirib.
Hərbi salam necə verilməlidir?
Bakipost.az belə bir məqamda hərbi salamın necə verilməli olduğu ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində yazılan bəndləri təqdim edir:
 
Hərbi salam hərbçilərin dövlət və hərbi bayrağa, həmçinin bir - birinə nizamnamə ilə nəzərdə tutulan ehtiram hərəkətidir.
 
Azərbaycanda hərbi salam Azərbaycan Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun yerinə yetirilir. Bütün qoşun növləri həmçinin, polis və xüsusi xidmət orqanlarının əməkdaşları bu Nizamnamənin tələblərində qeyd olunan hərbi salam qaydasına əməl edirlər. Nizamnamədə yazılır:
 
- Hər bir hərbi qulluqçu özündən böyük komandir və ya rəislərə hərbi salam verməyə borcludur;
 
- Əsgəri salam dəqiq və cəld, sıra duruşu və hərəkəti qaydalarını düzgün yerinə yetirməklə verilir;
 
- Əsgəri salam verilərkən sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmalı, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmalıdır. Başı rəisə tərəf döndərdikdə əlin vəziyyəti dəyişmir;
 
- Hərbi qulluqçunun əgər baş geyimi yoxdursa, o yaxınlaşan rəisi farağat vəziyyətində gözü ilə müşahidə edərək ondan aralaşmağını gözləməlidir;
 
- Əgər hərbi qulluqçu böyük rəisin yanından keçirsə o, rəisə üç addım qalmış hərbi salam verib tam addım atır və ümumi altı addım ataraq onun yanından sovuşur.
Hərbi salam necə verilməlidir?


Əsgəri salamlaşma ilə bağlı ətraflı məlumatla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin SIRA NİZAMNAMƏSİnin 3-cü fəslində (ƏSGƏRİ SALAMLAŞMA, SIRADAN ÇIXMA VƏ RƏİSƏ YAXINLAŞMA) tanış ola bilərsiniz.

Загрузка...
Загрузка...