Hərbi kadrlarımız harda təhsil almalıdır – Rusiya, yoxsa NATO məktəblərində?

Azad İsazadə: “Əsas zabit heyəti türk hərbi sistemi əsasında formalaşmalıdır, amma...”
 
 
Son vaxtlar ölkə mətbuatında ən çox müzakirə edilən məsələlərdən biri hərbi kadrlarımızıln Rusiya, yoxsa NATO hərbi məktəblərində hazırlanması ilə bağlıdır. Bəzi mütəxəssislər hesab edir ki, bu məktəblərin hər birinin özünəməxsus müsbət və mənfi cəhətləri mövcuddur.
 
Moderator.az -a açıqlama verən hərbi ekspert Azad İsazadə əsas zabit heyətinin türk hərbi sistemi əsasında hazırlanmasını daha doğru hesab etdiyini vurğuladı:
 
“Burada mənfi və müsvət deyə müqayisə aparmaq zənnimcə, düzgün deyil. Sadəcə, orduların taktiki və strateji döyüşlərə hazırlığı məsələsində rus və NATO ordusu arasında müəyyən fərqlər var. Biz əsas dayaq nöqtəsi kimi Türkiyə ordusunu götürmüşük. Əsas zabitlərimiz Türkiyə hərbi məktəblərində hazırlanır. Türtk ordusu ilə rus ordusu arasında da fərq var.
 
Bir orduda bir neçə sistemdə hazırlıq görmüş zabitlərin fərqi gələcəkdə özünü göstərəcək. Bu, bəzən mənfi cəhət kimi qəbul oluna bilər. Amma bir şeyi də yaddan çıxarmayaq ki, yaşlı zabitlərimizin əksəriyyəti sovet-rus hərbi məktəbini bitirib və burada hansısa ardıcıllıq olmalıdır. Pis olmazdı ki, zabitlərimizi əsasən türk hərbi məktəblərində hazırlayaq. Bəzi yüksək rütbəli zabitlər isə rus hərbi akademiyalarında bizə tələb olunan peşələr üzrə hazırlansın. Lakin əsas hazırlığı qeyd etdiyim kimi, türk hərbi tədrisi üzərində qurmağı daha məqsədəuyğun hesab edirəm”.

Загрузка...
Загрузка...