​“Hərbçi peşəsi üçün yalnız savadlı olmaq yetərli deyil”

Sərdar Cəlaloğlu: “Hərbi iş həm də cəsarət, iradə, mətinlik tələb edir”
 
 
Azərbaycanda ali hərbi məktəblərə qəbul balının yüksəldilməsi, bu xüsusda daha savadlı şəxslərin hərbi məktəblərə qəbuluna şərait yaradılması zaman-zaman gündəmə gələn məsələlərdən biri olub.
Maraqlıdır, bu gün ali hərbi məktəblərə qəbul balının artırılmasına ehtiyac varmı? Doğrudanmı qəbul balının yüksəldilməsi ali hərbi məktəblərin daha savadlı kursant kontingenti ilə təmininə şərait yarada bilər?
 
Moderator.az -a açqılama verən ADP sədri Sərdar Cəlaloğlu hərb peşəsində sadəcə savadlı deyil, hərtərəfli kadrlara ehtiyac olduğuna diqqət çəkdi:
 
“Mənə elə gəlir ki, hərbi iş üçün əqli elmləri mükəmməl şəkildə bilmək tələb olunmur. Qəbul imtahanı da ümumi fənlər üzrə verilir. Xüsusi hərbi elmlər də var ki, onlar yalnız hərbi məktəblərdə öyrədilir. Bu baxımdan da hesab edirəm ki, ali hərbi məktəblərə qəbul balını artırmaq yox, hərbi təhsil sistemini daha yaxşı şəkildə qurmağa cəhd etmək daha doğru olar.
 
Təbii ki, hərbçiyə öz ixtisasını bilmək olduqca vacibdir. Bu, həm özünün, həm də dövlətin təhlükəsizliyi üçün zəruridir. Amma hərbi işdə fiziki hazırlıq, cəsarət, iradə mühüm rol oynayır. Sadəcə savadlı olmaq kifayət deyil. Bu baxımdan da ali hərbi məktəblərdə qəbul balının yüksəldilməsinə lüzum görmürəm”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...