Hər qaçqına görə 250 min avro cəza - AB-dən təklif

Avropa Birliyi tərəfindən müəyyən edilmiş miqrant kvotalarını qəbul etmək istəməyən üzv ölkələr cəzalandırılacaq.
Avropa.info xəbər verir ki, qəbul olunmayan hər miqranta görə dövlət 250 min avro cərimə ödəməli olacaq. Brüssel bunu cəza tədbiri kimi təklif edib.
Avrokomissiya tərəfindən hazırlanmış yeni qaydalara sabah baxılacaq. Qaçqın paylaşdırılması üzərinə həddən çox təzyiq düşən Yunanıstan kimi ölkələri bu yükdən azad etməyi nəzərdə tutur.
Qaçqın qəbul etməyən ölkələr isə bundan cərimə ödəməklə yaxalarını qurtara biləcəklər. Cərimənin məbləği danışıqlar zamanı dəyişə bilər.