​Hər iki əli yoxdur, saatda 170 kilometr sürətlə avtomobil idarə edir - VİDEO

 
Hər iki əli yoxdu, amma ''VAZ-2107'' markalı avtomobili saatda 170 kilometr sürətlə idarə edir. Sürət qutusunu isə ayağı ilə dəyişir.
 
Publika.az xezerxeber.com-a istinadən bildirir ki, paytaxtın Qaradağ rayon sakini 25 yaşlı Elnur Zülfəliyevin sözlərinə görə, 2003-cü ildə, 6-ci sinində oxuyanda uşaqlarla oynayarkən elektrin transfarmatorunun içinə girib. Yerdə olan məftili götürmək istəyərkən elektrik cərəyanın vurması ilə o, əllərini tirib.
Əlləri olmasa da mühafizəçi işləyən Elnur Zülfəliyev maaşını toplayıb özünə avtomobil alıb. Ancaq dəfələrlə sürücülük vəsiqəsi almağa təşəbbüs etsə də polis icazə verməyib. Əlil olduğunu qəbul etməyən Elnur Zülfəliyev idarə etdiyi avtomobillə bir çox sürücüyə meydan oxuyur.
Söhbət zamanı o, avtomobilinin göstərilən maksimum sürəti ilə idarə etdiyini də dedi. Baxmayaraq ki, bu onun üçün belə vəziyyətdə olduqca təhlükəlidir.