Hər gün bir qaşıq sarımsaqlı bal yesəniz...

Bal insan orqanizmi üçün çox faydalı dərman hesab olunur. Qədimlərdən bəri bütün xəstəliklərin aradan qaldırılması üçün baldan istifadə olunub. İnsanlar kimyəvi maddələrdən istifadə etməzdən əvvəl çox uğurla müxtəlif təbii bitkilərdən və baldan hazırlanan qarışıqların sayəsində yaranmış xəstəliyin aradan qaldırılmasına nail olublar.
Publika.az oxucuları balın və sarımsaqlı balın faydaları ilə tanış edib.
Dərinizi təmizləyir
Bal mükəmməl antioksidantdır. Mütəmadi olaraq istifadə etdikdə orqanizmdə toksinlərin təmizlənməsini təmin edir. Həmçinin antibakterial xüsusiyyəti ilə dərini gözəlləşdirir.
Arıqladır
İdeal formada qalmaq istəyirsinizsə, şəkərdən və şəkərli qidalardan uzaq durmalısınız. Ancaq bal həmin məhsullara daxil deyil. Bal metabolizmi sürətləndirdiyi üçün arıqlamağa da kömək edir.
Xolesterini aşağı salır
Əsl balda xolesterin yoxdur. Əksinə bal xolesterini aşağı salmağa yardım edir. Gündəlik bal istifadəsi bədəndəki antioksidant səviyyəsinə də müsbət təsiri göstərir.
Ürəyi qoruyur
Balda olan antioksidantlar damarların daralmasının qarşısını alır. Damarların daralması infarkta, yaddaş zəifləməsinə və baş ağrısına səbəb ola bilər. Hər gün bir stəkan suya bir neçə qaşıq bal əlavə edib içmək bu problemləri aradan qaldırır.
Yaddaşı möhkəmləndirir
Araşdırmaya görə, hər gün bal yemək stresslə mübarizə aparmağa kömək edir, antioksidant müdafiə sistemini yeniləyir və beləcə yaddaşı gücləndirir. Bundan başqa, balda olan kalsium beyin tərəfindən asanlıqla alındığı üçün beynin yaxşı işləməsinə də müsbət istiqamətdə təsir göstərir.
Yuxu problemini həll edir
Balda olan şəkər qandakı insulin səviyyəsini artırır, bu da seratonin (xoşbəxtlik hormonları) ifraz olunmasını təmin edir. Seratonin isə melatoninə (yuxu hormonları) çevrilir. Beləliklə də melatonin hormonu yuxu keyfiyyətini artırır.
Mədə xəstəliklərini sağaldır
Hər səhər ac qarına bir qaşıq güclü antiseptik (xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün kimyəvi maddə) olan bal yemək faydalıdır. Gündə bir qaşıq bal həzm yolları ilə bağlı yaranmış bir çox xəstəliyin qarşısını alır. Bundan başqa, mikrobları öldürür, mukoz örtüyündəki kiçik yaraları sağaldır.
Bal və sarımsaq qarışığının faydası
Sarımsağın da antiseptik xüsusiyyəti və terapevtik təsiri var. Odur ki, bu iki inqrediyentin birləşməsi orqanizmə 10 qat artıq güclü təsir göstərir. Sarımsaqlı bal immun sisteminizi gücləndirmək üçün əla və təbii vasitələrdir.
3-4 diş sarımsağı 1 stəkan balla qarışdırıb bankaya tökün. Bankın qapağını bağlayıb bir neçə gün saxlandıqdan sonra hər səhər ac qarnına bir qaşıq yeyin. Sarımsaqla balın qarışığı özünüzü daha sağlam və enerjili hiss etməyə kömək edəcək.
Aytən

Загрузка...
Загрузка...