“Hər bir pullu yolun pulsuz alternativi olmalıdır”

Ərşad Hüseynov: “Alternativ yol bir qədər uzun ola bilər, lakin rahat və təhlükəsiz olmalıdır”
 
 
Bakı-Ələt-Astara-İran yolunun yaxın gələcəkdə istifadəyə verilməsi planlaşdırılır. Hansı ki, bu yolun pullu olacağı ilə bağlı fikirlər səslənməkdədir.
 
Maraqlıdır, pullu yollarla bağlı dünya praktikasında yetərincə tətbiq edilən təcrübənin Azərbaycan reallığında perspektivi varmı?
 
Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı fikirlərini paylaşıb:
 
“Təbii ki, bu məsələnin perspektivi var. Əgər bu yollarda həm öz sürücülərimizə, həm də bizim yollardan istifadə edən əcnəbi sürücülərə lazımi şərait, rahatlıq yarada bilsək, bu sahədə heç bir problem olmaz. Yolların müəyyən hissəsini pullu eləmək olar. Bu, dünyanın hər yerində var. Lakin burada ciddi bir şərt də var. Bu da ondan ibarətdir ki, pullu yolun pulsuz alternativi olmalıdır. Alternativ yol bir qədər uzun ola bilər, lakin rahat və təhlükəsiz olmalıdır. Əsas problem bununla bağlıdır. Məsələn, tutaq ki, Bakı-Quba yolunu pullu etmək istəyirik, amma bu yola alternativ yol yoxdur. Cənuba gedən yolun aternativi var deyə, bu yolun pullu olması ilə bağlı söhbət var. Yüklənən yolların alternativi olarsa, həmin yolun pullu olması haqqında düşünmək olar”.

Загрузка...
Загрузка...