Hövsan Olimpiya Kompleksində kempo üzrə Azərbaycan Çempionatı başa çatıb.

Bakı şəhəri Hövsan OİK də Kempo üzrə 6-cı açıq çempionat və birincilik keçirilib.Yarış Gənclər və İdman nazirliyinin razılığı ilə,Azərbaycanda rəsmi olaraq Beynəlxalq Kempo Fedearasiyasının Azərbaycanda nümayəndəsi "Toğrul"şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçirirlmişdir.İki gün davam edən bu çempionatda 31 klubdan 400-ə  yaxın idmançı,Azərbaycan rayonlarındanTərtər,Şəki,Qazax,İsmayıllı,Ağcabədi,Qaradağ,Neftçala,Sumqayıt idmançıları da iştirak etmişdilər.Yarış Full Kempo və Submişn versiyaları üzrə keçirilib.
Yarışdan öncə Azərbaycan çempionatının açılışı mərasimi keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə açılıb. Açılış mərasimi tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqramla  davam etdirilib.
Açılışda xalq artisi Flora Kərimova, müğənni Aslan, əməkdar artist, skripka ifaçısı Səlim Abbasov və başqa qonaqlar iştirak etmişdilər.Tədbir bədii hissə ilə davam edib.
Yarışda iştirak edən məşqçilərə və qonaqlara fəxri fərmanlar ,diplom və medallar təqdim olunmuşdur.
Açılış mərasimindən sonra  final görüşləri keçirilib.