Hollivudun qocaman ulduzu - AZAN VERDİ

 
 
  
Az əvvəl ABŞ-ın dünyaca məşhur qocaman aktyoru Morqan Frimanın İslam dinini qəbul etməsi barədə xəbər vermişdik. Bildirmişdik ki, ramazan bayramında Macid Navaz adlı müsəlman özünün “Twitter” hesabında “hüzuru İslamda tapan məşhur aktyorla namaz öncəsi fotomuz” deyə şərh yazaraq aktyorla bir yerdə çəkilən fotosunu paylaşmışdı.
 
“Aman tanrım” filmində canlandırdığı “Tanrı” obrazı ilə dünya mediasının gündəminə gələn aktyor özü isə məsciddə namaz qılınan zaman çəkilmiş fotosuna heç bir aydınlıq gətirməmişdi. Daha sonra Morqan Friman “National Geographic” dərgisinə müsahibəsində İslam inanclarına və dininə böyük hörmət etdiyini söyləmişdi: “İslam dini məni çox hüzurlu edir. Mən müsəlmanların müqəddəs Ramazan bayramını da təbrik edirəm”.
 
 
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, qocaman hollivud ulduzu bu günlərdə isə azan oxuyub. Morqan “National Geographic”in çəkdiyi “Tanrının hekayəsi” adlı sənədli filmin çəkilişlərində bir imam ilə müsahibə edərkən  azanı dünyada ən gözəl səslərdən biri hesab etdiyini bildirib.
 
Moderator.az həmin videonu da təqdim edir: