Hollivud aktyoru Bakıdadır

 
Məşhur Hollivud aktyoru Stiven Siqal artıq Bakıdadır.
 
Axar.az xəbər verir ki, aktyor sahibi olduğu saat brendinin təqdimat mərasiminə qatılıb.
 
Xatırladaq ki, bir neçə gün öncə müğənni Eminin prodüser Sergey Kojevnikovla birlikdə açdığı “Tvoy dom” və Jara TV kanallarının Moskvada təqdimat mərasiminə qatılan Stiven Siqal “Moskva-Baku” portalına açıqlamasında Bakıya gedəcəyini demişdi:
 
“3 gündən sonra Azərbaycana gedəcəyəm. Bakıda mənim yaxın dostlarım yaşayır. Onlarla görüşə tələsirəm”.