​Hökumətdən şok: “Azəravtoyol” və “Azəristiliktəchizat” niyə ləğv olunur? - ÖZƏL

 
Azərbaycanda iki qurumun ləğvi nəzərdə tutulur
 
Bu barədə hakimiyyətdəki etibarlı qaynaqlardan Politika.Az-a xəbər sızıb.
 
Hökumətin struktur islahatları çərçivəsində “Azəravtoyol” ASC-nin Nəqliyyat Nazirliyinə, “Azəristiliktəchizat” ASC-nin isə “Azərişıq” ASC-yə birləşdirilməsi gözlənilir.
 
Onların ayrı-ayrılıqda fəaliyyətinin israfçılığa səbəb olması özünə yaxın qurumlarla birləşdirilməsinə zərurət yaradıb. Nazirlər Kabineti struktur islahatlarının qaçılmaz olduğunu müşahidə edir.
 
Torpaq və Xəritəçəkmə Komitəsi kimi adıçəkilən bu qurumların da ləğvi gündəmdədir. “Azəravtoyol” ASC-nin nazirliyə birləşdirilməsinə sabiq sədr Cavid Qurbanovun müqavimət göstərdiyi bildirilir.
 
O, forspostunu əldən buraxmaq istəmir. Ancaq nəqliyyat nazirinin iqtidarda yenidən yüksəliş şansının yaranması bu struktur islahatını kifayət qədər gerçək ideyaya çevirib.
 
Politika.Az-ın əldə etdiyi bilgilərə görə, “Azəristiliktəchizat” ASC-nin isə “Azərişıq” ASC-yə birləşdirilməsi məhz elektrik enerjisinin bahalaşmasında sonra aktuallaşıb. Əvvəllər də bu plan gündəmdə olsa da, nəticəsiz qalıb. İndi isə islahat paketi masa üzərindədir.
 
Hakimiyyət hər iki ASC-nin müstəqil fəaliyyətini büdcə üçün əlavə xərc və səmərəsizlik hesab edir. Onlar birləşdirilərək sözügedən strukturların tabeliyində də işini davam etdirə bilər.
 
Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır.
 
Bundan əlavə, dövlət büdcəsinin gəlirlərinin azaldığı bir vaxtda hökumətin qarşısında duran ən böyük vəzifələrdən biri də Açıq Səhmdar Cəmiyyətlərinin (ASC) xarici maliyyə təşkilatlarından dövlət zəmanəti ilə alıb xərclədikləri kreditləri ödəməkdir.
 
Vaxtilə dollarla alınıb xərclənən borcları indi manatın dəyərdən düşdüyü bir vaxtda geri qaytarmaq büdcə üçün əməlli-başlı yükə çevrilib.
 
Çünki hazırda ASC-lərin borc öhdəliklərini icra etmək imkanı olmadığından, borclar dövlət hesabına ödənməlidir. Dövlətin öhdəliyi isə nə az, nə çox, 6.9 milyard dollar həcmindədir.
 
Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb.

Загрузка...
Загрузка...