​"Hökumətdə nəfsi yerə-göyə sığmasa da xanımlarına sahiblik edə bilməyənlər var"

Baxış sayı: 
278
0  
0  

 
 
“Bu gün hökumət daxilində maraqlı tendensiya var. Hamı prezidentə xəyanət etməyə çalışır. Kim daha çox xəyanət edirsə, daha çox irəli gedir. Öz kapitallarını daha çox artırır, xalqı daha çox talan edirlər”.
 
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. Partiya sədri ölkəmizin üzləşdiyi problemlərə görə də məmurları ittiham edib:
 
“Hakimiyyət daxilində prezidentin təklənməsi prosesi gedir. Biz ölkə başçısına kömək etməliyik. Hökumətdə nəfsi yerə-göyə sığmayan korrupsionerlər, həyat yoldaşlarına sahiblik edə bilməyənlər var. Ölkə başçısı tək qalıb. Xalq içərisindəki narazılıqları birinci şəxsin üzərinə yönləndirmək istəyirlər. Özü də bunu qəsdən edirlər. Ona görə də biz sona qədər qardaşımızı, dövlətimizi müdafiə edəcəyik. Amma hökuməti yox. Hökumətdəkilərin çoxu xəyanətkardır və bu dövlətin qədrini bilmir. Buna görə də qonşu dövlətlər də üzərimizə ayaq açıblar və ermənilərlə təlimlərə hazırlaşırlar.
Hesab edirəm ki, ölkənin xarici siyasəti dişsiz bir adamın əlindədir. Təsəvvür edin ki, bizimlə eyni dində, eyni əqidədə olan türk dövlətləri – Qazaxıstan, Qırğızıstan ermənilərlə hərbi təlimlərə hazırlaşır. Hansı ki, mənim əziz qardaşım prezident İlham Əliyev həmin türk dövlətlərinə dəfələrlə öz kömək əlini uzadıb. Bu gün isə həmin dövlətlər ermənilərlə “Sarsılmaz qardaşlıq” adı altında təlimlər keçirməyə hazırlaşır. Bu, Azərbaycan dövləti üçün tələdir. Bununla onlar ölkəmizə qıcıq verirlər.
Görürsünüz ki,son zamanlar Azərbaycanın üzərinə böyük hücum dalğası başlayıb. Qonşu İrana baxın. Ermənistan Xocalı soyqırmı törədib. Minlərlə insanımızı qətlə yetirib. Lakin İran Ermənistanı müdafiə edir, onun iqtisadiyyatına sərmayə qoyur və s. Bu da o deməkdir ki, xarici siyasətimizdə problemlər var. Buna görə cavab verməli olan şəxs isə XİN rəhbəridir.
Biz bu günki toplantımızda Azərbaycanın maraqları baxımından ciddi mesajlar verdik. Bundan sonra baxım görüm qardaşıma xəyanət edənlər qarşımda necə duracaq”.

Загрузка...
Загрузка...