​“Hökumət xalqla açıq danışmalıdır” - Milli Məclisdə müzakirə olacaq

 
 "İşıq və qaz pulunun arıtırlmasıyla sinxron olaraq digər sahələrdə də qiymət artımları olmasın deyə özəlləşmə prosesini sürətləndirmək lazımdır”
 
Bu sözləri bakipost.az-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsininüzvü Zahid Oruc deyib.
 
Onun sözlərinə görə, dövlət büdcəsinin hər bir manatının qədrini bilmək üçün mühüm mexanizmlər yaratmaq lazımdır: "Əmlak Məsələləri Dövlət Əmlak komitəsi 327 təşkilatı özəlləşməyə açıq elan edib. Axı biz bunları niyə zamanında dövlətin çiynində saxlayırdıq ki? Həmin sahədə mütləq şişirdilmiş rəqəmlər və sonrakı təyinatdan kənara çıxmalar da bu amillərə görə baş verir. Amma özəl bir qurumda sahibkarın özünün-özündən oğurlamasının və ya 1 manatlıq nəyinsə 15 manata rəsmiləşdirilməsinin şahidi olmuruq. Çünki buna onun ehtiyacı yoxdur.
 
Beləliklə, biz bu məsələdə əgər dövlət tərəfindən qənaət rejiminin bəyan olunduğunu söyləyiriksə,o zaman paralel şəkildə dövlət büdcəsinin hər bir manatının qədrini bilmək üçün mühüm mexanizmləri yaratmalıyıq. Bu mexanizmlərlə bağlı Milli Məclisin dekabrın 6-da keçiriləcək növbəti iclasında daha geniş təkliflərimi irəli sürəcəyəm”.
“Hökumət xalqla açıq danışmalıdır”
Zahid Oruc hesab edir ki, ajiotaj yaranmaması üçün hökumət xalqla daha açıq danışmalıdır: "İlk növbədə vətəndaşların gözləntisindəki o qeyri müəyyənlikləri, mənfi tendensiyaları durdurmaq lazımdır. Əsas iqtisadi qərarlar verilərkən məsələləri yalnız 3-5 ekspertin öhdəsinə buraxmaq lazım deyil. İnformasiya məkanında o prosesləri daim tənzimləmək lazımdır. Mənfi xəbərlər, pessimist gündəm və ajiotaj doğuran məlumatlar vətəndaşın iqtisadi həyatına, sahibkarlıq fəaliyyətinə, aktivliyinə, təşəbbüskarlığına, xarici əlaqələrinə və investisiya mühitinə mənfi təsir göstərir. Hökumətin də bu mənada borcudur ki, daim vətəndaşlarla ünsiyyət körpüsünü dayaqda saxlasın, xalqla daha açıq danışsın. Əminəm ki, belə olacağı təqdirdə 2017-ci ili problem deyil, daha yaxşı mənada bu məsələlər üçün səfərbərlik ilinə çevirməyi bacaracağıq”.

Загрузка...
Загрузка...