“Hökumət və Mərkəzi Bank panika yaradır” - Açıqlama

 “Hökumət və Mərkəzi Bank panika yaradır”Avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin məbləği 7 milyard 843 milyon manat təşkil edib
 
Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmənətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.
 
İqtisadçı-eskpert Natiq Cəfərlinin sözlərinə görə, hökumətin və Mərkəzi Bankın atdığı addımlar əhalidə ciddi panika yaradır:
 
“Bu ilin ilk 8 ayı ərzində vətəndaşlar banklardan 800 milyon manat depozitini çəkib, son zamanlar bankların bağlanması panika havasını daha da artırıb.
Hökumət əhali ilə danışmır, danışa bilmir, heç nəyi normal izah edə bilmir, əhali isə onsuz da məmurların dediklərinə inanmırlar. Beləcə bütün bank-maliyyə sektoru ciddi basqı altındadır”.
 
Ekspertin fikrincə, problemli kreditlərin həcmi ilin əvvəlindən 2 dəfə artıb, banklar verdikləri kreditləri toplaya bilmir, yeni kredit xəttləri açılmır, bütün banklar gələcəklərindən inamsız şəkildə batmağa doğru gedirlər:
 
“Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şərəitin yaradılmasıdır. İri xarici banklar isə ÜTT-yə üzv olmayan, məhkəmə sistemi, mülkiyyət toxunulmazlığı bərbad olan ölkələrə gəlmirlər”. (politika.az)