​"Hökumət kənara valyuta axının qarşısını almaqda çətinlik çəkir" - Qubad İbadoğlu

 
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nı təsdiq edib
 
Politika.Az xəbər verir ki, bu barədə fikirlərini bölüşən iqtisadçı alim Qubad İbadoğlu deyib ki, qaydalara görə Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1 000 АBŞ dоllаrı, ay ərzində isə 10 000 dоllаr еkvivаlentinədək məbləğdə köçürə bilər:
 
"Bu qərar bir daha göstərir ki, hökümət hələ də Azərbaycandan kənara valyuta axının qarşısını almaqda çətinlik çəkir və onun həllində acizdidir. Qoyulan limitlər xüsusilə də Avropa, Böyük Britaniya və ABŞ-da şəxsi vəsaitləri hesabına təhsil alanların valideynlərinə və digər yaxınlarıa problemlər yaradcaq. Onların təhsil haqları və yaşayış xərcləri bir çox hallarda 10 min dollardan çoxdur.
 
Məsələn mənim professoru olduğum Duke Universitetində 1 illik təhsil haqqı və yaşyış xərcləri 65 min dollardır. Son dəyişikliyə görə, övladı orda oxuyan valideyn bu vəsaiti 6,5 ay köçürə bilər. Bu isə əlavə çətinliklər yaradacaq. Odur ki, bu cür qərarların verilməsində bu kimi hallar nəzərə alınmalıdır. Digər tərəfdən də valyutanın sərbəst hərəkəti investorlar üçün də əhəmiyyətli məsələdir".

Загрузка...
Загрузка...