​“Həmsədrlərin bəyanatı 15 il əvvəlkindən fərqlənmr” - Elxan Şahinoğlu

 
    
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünün yekunu ilə bağlı yaydıqları bəyanat 10-15 il bundan əvvəl verilən bəyanatlardan fərqlənmir”.
 
Bunu özünün facebook statusunda politoloq Elxan Şahinoğlu yazıb.
 
 
 
Onun sözlərinə görə, bəyanatda münaqişənin həllini sürətləndirilməsi mexanizminin hərəkətə gətirilməsinə dair bir cümlə belə yoxdur: “Bəyanatda əsas cümlə budur: “Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub””.
 
Aydın
Cebhe.info

Загрузка...
Загрузка...