Həmkarı Nurgül Yeşilçayın həbsini istədi

 
Aktrisa Nurgül Yeşilçay və aktyor Erkan Petekkayanın məhkəməsi baş tutub. Petekkaya “Paramparça” serialının çəkilişləri zamanı Nurgül Yeşilçay tərəfindən təhqir edildiyini iddia edərək məhkəməyə müraciət edib.
 
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmədə Nurgül Yeşilçayın vəkili iştirak edib. Erkan Petekkaya ifadəsində Nurgül Yeşilçayla öpüşmə səhnəsinə görə problem yaşadığını inkar edib: “Öpüşmə səhnələrinin çəkilişləri bitmişdi. Yenidən çəkiliş olacaqdı. Yemək səhnəsiydi, rolumuz üzərində çalışırdıq. Ssenariyə uyğun Nurgülün adı serialda “Gülseren” idi, ondan “Hansı musiqidən xoşun gəlir?” deyə soruşanda məni söydü və çıxıb getdi”.
 
Erkan Petekkaya məhkəmədə Nurgül Yeşilçaydan şikayətçi olduğunu və onun 3 aydan 2 ilə qədər həbs edilməsini istəyib. Yeşilçay isə tənqidi mesajları Erkan Petekkayanın çəkiliş meydançasında davranışlarına görə göndərdiyini qeyd edib: “Yazdığm mesajlar Erkan Petekkayanın davranışlarının qarşılığıdır. Həddini bilməyən birinə ancaq belə cavab verə bilərəm. Mən özümü müdafiə etmək məcburiyyətində qaldım. Əslində, təhqirə məruz qalan mənəm”.
 
Məhkəmə sabaha təyin edilib.
 
Qeyd edək ki, Nurgül Yeşilçay Erkan Petekkaya ilə “Paramparça” serialına çəkilib. Aktrisa serialın 52-ci seriyasından ayrılıb. Erkan Petekkaya ilə Nurgül Yeşilçay arasında öpüşmə səhnəsinə görə gərginlik yaşanıbmış. Öpüşməyi qəbul etməyən aktyora N.Yeşilçay “Bu səhnəni mütləq oynamalıyıq” deyə təkid edib. E.Petekkaya isə aktrisaya cavab olaraq “Sən də öpüşməyə necə həvəslisən?!” deyə qışqırıb.