Əhməd bəy Ağaoğlunun Tapçubaşova görə işdən ayrılması- Gizli konfliktin səbəbləri

 
 
 
 
Əli bəy Hüsynzadə və Əhməd Ağaoğlu…. Bu iki nəhəng imza haaqında çox danışmağa bi o qədər də ehtiyac yoxdur. O mənada yox ki, Azərbaycan ictimai-fəlsəfi düşüncəsinin dahiləri olan bu iki şəxs haqqında mediada çox yazılıb. O mənada ki, başqa maarifçilərdən fərqli olan həm Əli bəy, həm də Əhməd bəy daha çox araşdırılıb. Onbların kimlikləri barəsində həmin ədəbiyyatlardan tanış olmaq olar.
 
Moderator.az təqdim edəcəyi yazıda onların arasında yaşanan və müxtəlif uydurmalar nəticəsində daha da şişirdilən konfliktdən söz açacaq.
 
Əslində, onların arasındakı   konflikt şəxsi münasibət zəmnində deyildi. Əksinə, ömürlərinin sonuna  qədər ailəvi  dost olublar. Əhməd bəyin qızları İstanbulda hüquq fakültəsində oxuyanda  Əli bəyin evində qalıblar. Onların himayədarı məhz,  Əli bəy Hüseynzadə idi. Deməli, iki maarifçi arasında şəxsi prizmada heç vaxt konflikt yaranmayıb. Amma aralarında düşüncə müstəvisində  yaranan konfliktin də kökləri var:
 
 Belə ki,  ermənilər heç baxt bu ikisinin birgə fəaliyyətini istəməyiblər. Çünki  Əli bəylə Əhməd bəyin birgə fəaliyyəti onlar üçün çox böyük bir təhlükə idi. Bu səbəbdən gizlin danoslar yazırdılar ki, “Həyat” qəzeti bağlansın. Qafqaz senzura komitəsində çalışan yeganə bir azərbaycanlı olub - Mirzə Şəfi Mirzəyev. Onun xatirələrində bu fakt var. O xatirələrində “Həyat” qəzeti,  Əli bəy və Əhməd bəyin pantürkist və panislamist fəaliyyətləri, Osmanlı sultanına xidmət etmələri barədə  yazılan danoslardan danışıb. “Həyat” qəzetinin 102-ci  nömrəsindən sonra bu iki dost ayrılıblar.
 
İstanbul Universitetinin ədəbiyyat fakültəsinin ədəbiyyat tarixi şöbəsinin müdiri Əli Yavuz Akpınar Əli bəyin araşdırmaçılarından biridir. Əli bəyin qızı Feyzavər xanım da onun bütün arxivini İstanbul Universitetinin ədəbiyyat fakültəsinə təhvil verib. Türkiyəni bütün araşdırmaçıları həmin sənədlərdən istifadə edir. O sənədlərin arasında 1905-ci ildə yazılan bir məktub var. Məktub Mərdəkanda yazılıb,  özü də fransızca. Əhməd bəy Ağaoğlunun Əli bəyə yazdığı məktubudur. Əhməd  bəy yazır ki, ötən saykı nömrə məni çox mütəəssir etdi,  amma bu dəfəki say isə  yaxşıdır. Bizim birliyimizə xələl gətirmək istəyən insanlar var. Hansı ki,  bu insanlar bankir ruhuna malikdir və onları düşündürən də yalnız puldur. Millətin nicatını bu insanlardan gözləmək olmaz. Millətin nicatı biz ikimizin birliyindən asılıdır. Sən çox sağ ol ki,  o mübahisədə həmin insanın qarşısında məni müdafiə elədin. Bu şəxsi müdafiə deyil,  bu həqiqətin müdafiəsidir.  Sonra məktubda İbrahimov soyadlı bir nəfərin adını çəkir. Deyir ki,  onun yazılarını mən oxumamış qəzetə vermə.
 
Mətbuat tariximizdə bunu başqa istiqamətdə dəyərləndirirlər. Bəzi fərziyələrdə deyilir ki, Əhməd bəy Ağaoğlu daha çox islamçı düşüncəni, Əli bəy isə daha çox liberal düşüncəni təmsil edirdi. Amma əslində elə deyildi. Çünki islamçılıqla müasir liberallığın vəhdətinin və bu vəhdətdən yaranan dövlət qurma strategiyasını dünya müsəlmanlarına bu iki şəxs vermişdi.  Yəni,  bu məsələdə onların arasında fikir ixtilafı olmayıb. Qəzeti Hacı Zeynalabdin Tağıyev maliyələşdirirdi və  bu ikiliyə əlavə güc də qatmışdı.  Bu Əlimərdan bəy Topşubaşov idi. Amma Əhməd bəy Ağaoğlu istəmirdi ki,   Topçubaşov qəzet işində iştirak etsin.  Bu incikliyin səbəblərindən biri  idi. Ə. Ağaoğlu da məhz,  buna görə qəzetdən ayrıldı.
 
Elmin Nuri

Загрузка...
Загрузка...