​Hələbli Umranın qardaşı öldü

 
Suriyanın Hələb şəhərində keçən həftə baş verən bombardman zamanı dağıntılar altından çıxarılan 5 yaşlı Umran Daknesh-in həmin gün yaralanan 10 yaşlı qardaşı Ali ölüb.
 
Teleqraf.com xəbər verir ki, məlumatı Londondakı Suriya İnsan Haqları Təşkilatı yayıb.
 
5 yaşlı Umranın uçqunlar altından çıxarılandan sonra təcili yardım maşınındakı görüntüləri Suriyadakı dəhşətli müharibənin rəmzinə çevrilmişdi.