​Həkim xəstəyə dərman əvəzinə "namaz" və “rep” yazdı? - FOTO

Baxış sayı: 
190

 
Adının açıqlanmasını istəməyən bir pasiyent özünün sosial hesabından həkimin ona müalicə üçün yazdığı reseptin şəklini paylaşıb. Pasiyent iddia edir ki, o, həkimə kürək nahiyəsində ağrılarla müraciət edib.
Publika.az xəbər verir ki, reseptin üzərində yazılan yazını dəqiq oxuya bilməyən xəstə düşünür ki, həkim reseptdə “namaz”, “Mişka adlı reperə qulaq asmaq” və “220 volt”la əlaqəli əlavə bir qeyd daha yazıb.
Şəkli paylaşan şəxs hətta istifadəçilərdən xahiş edib ki, əgər mən səhv edirəmsə, orada yazılanı biri mənə izah etsin.
İlkin ehtimallara görə isə orada yazılan dərmanlar soyuqdəymə əleyhinə olan "Movalis”, “Nayz” preparatlarıdır.
Könül Cəfərli

Загрузка...
Загрузка...