​Hizbullahın ilk lideri: "Bizi savaşa İran apardı"

 
Hizbullahın ilk lideri Şeyx Sübhi Tufeyli diqqət çəkəcək açıqlama verib.
 
Axar.az xəbər verir ki, Sübhi Hizbullahı Suriyadakı döyüşlərə İranın saldığını və oradakıların Rusiya və ABŞ-ın mənfəətləri üçün öldüyünü bildirib.
 
İranın Suriyadakı münaqişəyə məzhəbçi siyasəti səbəbindən müdaxilə etdiyini, həmçinin bu siyasətinin İsrail ziddiyyətinin bir ritorikasından uzağa getmədiyini qeyd edib.