Hitlerin "sağ əli" qorxuya düşdü, alim intihar etdi, mağazada 40 min qadın dalaşdı - CORAB NECƏ YARANDI?

Baxış sayı: 
262
0  
0  

Corab dedikdə kişilərin ağlına gələn bir şey var: Ayağa geyilən, topuqdan bir qarış yuxarıya qədər uzanan geyim. Bəs qadınlar? Bunun corabı var, "kolfisi" var, "kapronu" var, "pambığı" var və s. Ona görə də ayaqqabının içində qalır deyə, "corab" deyib keçməyin. Tarixdə fəaliyyət göstərən corab fabriklərindən birini Adolf Hitlerin sağ əli hesab olunan Albert Sper İkinci Dünya Müharibəsinin sonunda bağlatdırmaq istəyib. Onun yerində silah zavodu açmağı düşünürmüş. Qadınların kütləvi etirazı qarşısında aciz qalıb və bu istəyindən vaz keçib.
Publika.az sizə qadınların sevimli "kapron corablarının" maraqlı tarixçəsini təqdim edir:
 
 
Corablar necə yarandı?
Əslində, hər şey yenə insan oğlunun ehtiyacları əsasında meydana çıxıb. Ayaqlar soyuqdan üşüyürdü və onları isti saxlamaq üçün nələrəsə ehtiyac var idi. Bəs bunu necə təmin etmək olardı? Corab. İlk dəfə corab kimi heyvan dərisi geyinilib. Daha sonra dəri, ya da qumaş və nəhayət ipəkdən istifadə olunub.
Orta əsrlərdə corab lüks həyatın rəmzi hesab olunub. Bizim indi modabaz, baxımlı dediyimiz xanımlar corabı o vaxt əsil-əcabətliliyin simvolu hesab edirdilər. Həm kişilər, həm də qadınlar üçün. Əldə toxunma corabların keyfiyyəti təbii ki, yaxşı deyildi. 16-cı əsrdə tikiş maşını icad olundu. Bununla da corabların möhkəmliyi və keyfiyyəti artdı.
 
 
İpək bahalı olduğu üçün alternativ maddə - Neylon
Bildiyimiz kimi ipək tarix boyu çox bahalı xammal olub. İlkin dövrlərdə qadın corabı məhz ipəkdən istehsal olunurdu. Lakin sonralar qiymətin çox baha olması buna problem yaşatdığı üçün istehsalçılar alternativ bir yol axtarmağa başladılar. Münasib qiymətə ipək qədər keyfiyyətli xammal axtarışına çıxdılar. Valles Caroters isə öz köməkçisi ilə şəxsi laboratoriyasında bu günə qədər mövcud olmayan bir maddə axtarışında idi. Daha dəqiq desək, geyim sektorunda inqilab edəcək məhsul. Neylonun ortaya çıxması məhz bu ərəfələrə təsadüf edir. Bu sağlam və elastik maddə 1939-cu ildə Dünya Sərgisində nümayiş olunsa da, İkinci Dünya Müharibəsi illərində istehsalat geyimdən çox militarist sektora üstünlük verirdi. Dünya Sərgisini ziyarət edənlərin diqqətini 2 şey cəlb edirdi: biri televizor, digəri isə neylon corab.
 
 
Qadınlar xoşbəxtdirlər! Artıq corabların yüzlərlə çeşidi var
Neylon maddə corablarda elastikliyi, dözümlülüyü artırdı və eyni zamanda da qiymətləri aşağı endirdi. Neylonun icadı ilə tarix boyu qiymətdən düşməyən ipək kölgədə qaldı. Valles Caroter isə qadınların xəyallarının kişisinə çevrilmişdi. Lakin Valles naməlum səbəbdən 1937-ci ildə laboratoriyada zəhər içərək intihar etdi. Həmin dövrlərdə neylon corablar hələ geyim sektorunda partlayış etməmişdi.
 
 
Online satışın olmadığı bir dövr
O dövrdə qadınların ən çox ehtiyacı olan geyimlərdən biri məhz neylon corablar idi. Tələb o qədər çox idi ki, 1940-cı il may ayının 15-də Amerikada ilk neylon corab dükanı açıldı. Satışa çıxarılan 4 milyon cüt neylon corab cəmi 4 gün ərzində satıldı. 40 mindən çox qadın mağazanın önündə bir cüt corab almaq üçün saatlarla növbə gözləmişdi.
 
 
Alış-veriş mərkəzlərində corab tapmaq mümkün deyildi
Nyu-Yorkda məşhur "Macy" mağazasında 6 saat ərzində 50 min cüt neylon corab satıldıqdan sonra corab ala bilməyən qadınlar mağaza önündə davaya çıxıblar. Corab almağa müvəffəq olan qadınlar isə elə mağazanın önündəcə corabı geyinirdilər.
 
 
Bu günün elastiklik həyatı
1930-cu ildə Carotersin köməkçiləri apardıqları araşdırma zamanı təbii kauçuka çox oxşayan yeni bir maddə tapırlar. Maddənin yeniliyi adına da təsir edir və yeni maddə "Neoprene" yaradılır. Neoprene bu gün idman geyimlərinin demək olar ki, hər birində istifadə olunur. Yoqa hərəkətlərindən çox Carotersin kəşfi insanları rahatlığa qovuşdurub desək, yalan olmaz. Daha sonra bir sıra üzgüçülük geyimləri, velosiped, qaçış, və s. istehsalında bu maddədən istifadə edilir.
 
 
Könül Cəfərli

Загрузка...
Загрузка...