​Hitlerin gizli nüvə mərkəzi tapıldı

Almaniyada Adolf Hitlərə məxsus gizli mərkəz aşkar edilib.
Turaninfo.org Teleqraf.com-a istinadən xəbər verir ki, Oranienburqda aşkar edilən mərkəz nüvə bombalarının hazırlanması üçün istifadə olunub.
Mərkəzi ilk olaraq uzun illər əvvəl 64 yaşlı araşdırmaçı Bernd Talman aşkar edib. Ancaq o, bununla bağlı heç kimə məlumat vermədiyi üçün hazırda Talman barəsində qanunsuz olaraq radioaktiv materiallara sahib olma maddəsi ilə cinayət işi başlanıb.
Mərkəzin tapılmasından sonra bura yaxın olan 15 evdən sakinlər evakuasiya edilib.

Загрузка...
Загрузка...