Hitlerin bu ölkədəki son “yadığarı” da ləğv edilir

 
    
 
İspaniyanın əmək naziri hökumətin Franko dövründə alınan qərarını geri çevirərək ölkənin saatını bir saat geri çəkməyi təklif edib.
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyada İngiltərə və Portuqaliya kimi başlanğıc meridian, yəni GMT ilə saatı ilə işləyir. Ancaq diktator Franko Aldolf Hitlerin Almanyası ilə aradakı 1 saatlıq zaman fərqini aradan qaldırmaq üçün ölkənin saatını 1 saat irəli çəkmişdi. Əmək naziri Fatima Banez parlamentdə etdiyi çıxışında İspaniyanın iş günlərini Avropanın digər yerləri ilə uyğun olmasını istədiyini söyləyib. Planı dəstəkləyənlər bu qərarla ölkədəki iş səmərəsinin inkişaf edəcəyini və iş - həyat tarazlığını düzəltəcəyini deyirlər. Hal-hazırda daxil olunan zaman dilimi səbəbiylə ispanlar daha uzun saatlar çalışıb, digər Avropa ölkələrindən daha gec saatda işdən çıxırlar.
 
İspaniya baş naziri Mariano Rajoyun Xalq Partiyası ilə parlamentdə daha az kürsüyə sahib Vətəndaşlar Partiyası islahat mövzusunda avqust ayında ortaq fikir bildirmişdi. Eyni zamanda müxalifətdəki Sosialist Partiya də dəyişikliyə dəstək verir.

Загрузка...
Загрузка...