Hindistanda festivalda basabas: 7 ölü, 70 yaralı

Hindistanda dini festivalda yaranan izdiham nəticəsində 7 nəfər ölüb, daha 70 adam xəsarət alıb. Musavat.com xəbər verir ki, məlumatı “CatchNews” yayıb.
Məlumata görə, hadisə Udcayn şəhərində baş verib. Basabasa bayram iştirakçılarının toplaşması çadırın uçması səbəb olub.
Hindistanda kubh mela bayramı 12 ildən bir keçirilir və bir aya yaxın davam edir. Bayramda təxminən 70 milyon adam iştirak edir.