Hindistanda avtobus qəzasında 7 nəfər həlak olub, 30 nəfər xəsarət alıb

Hindistanın şərqində avtobusun iştirakı ilə baş verən yol qəzası nəticəsində ən azı 7 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.
Turaninfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə Carkxand ştatının paytaxtı Rançi şəhərində baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti haqqında məlumat verilməyib.