​Hindistan və Pakistan sərhədində döyüşlər: Ölənlər var

 
Kəşmirdə Hindistan və Pakistan sərhədçiləri arasında atışma nəticəsində ən azı 12 nəfər ölüb. 
 
Turaninfo.az  TASS-a istinadən xəbər verir ki, Hindistanın Cammu və Kəşmir ştatlarında baş verən hadisələr nəticəsində yeddi nəfər dinc əhali – dörd qadın və üç uşaq ölüb.
 
Pakistan ordusunun mətbuat xidmətinin məlumatına görə, Nakial sektorunda atışma zamanı dörd mülki vətəndaş ölüb, altı nəfər yaralanıb.