​Hindistan polisi “Tüklü” ləqəbli bu şəxsin Azərbaycana qaçdığını bildirir

 
Hindistan polisi bu ölkədə başqalarının telefon nömrələri üzərindən qanunsuz beynəlxalq telefon danışıqları təşkil etməyə görə axtarışda olan 23  yaşlı Saqar Thakkar-ın bacısı ilə birlikdə Azərbaycana qaçdığını bildirir.
 
Virtualaz.org Hindistan KİV-lərinə istinadən xəbər verir ki, polis onun yaratdığı qanunsuz beynəlxalq telefon danışıqlar mərkəzində oktyabrın 4-də axtarış keçirib. Lakin orada deyiblər ki, Thakkar bacısı Reema ilə birlikdə Dubaya qaçıb. Bununla belə polis müəyyən edib ki, ləqəbi “Tüklü” olan telefon dələduzu Azərbaycana qaçıb və hazırda oradadır.
 
 
 
Thakkar Əhmədabad əyalətində fəaliyyət göstərən 10 nəfərlik qruplaşmanın rəhbəri olub. Qruplaşmanın daha üç üzvünün Tailanda qaçdığı bildirilir. Thakkarı Amerika ədliyyəsi də axtarır. ABŞ-da ona qarşı iki ayrı ittiham irəli sürülüb. İttihama əsasən Thakkarın əməllərindən Şimali Karolina və Texas ştatlarının sakinləri də zərər çəkib.