Hindistan paytaxtında terror təhlükəsi elan olundu

Hindistanın paytaxtı Dehli şəhərində terror aktı törədilə bilmə ehtimalı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
Turaninfo.az “Sputnik” agentliyinə istinadən bildirir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirlikdən bildirildiyinə görə, terror hücumunu törədəcək şəxs Hindistan mənşəli və İŞİD terrorçuları ilə bağlılığı olan qadın ola bilər.
Dehlidə təhlükəsizlik qüvvələri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib.
Əldə olunmuş kəşfiyyat məlumatlarına əsasən, Hindistan mənşəli Kanada vətəndaşı olan qadın Dehlidə terror aktı törətməyə cəhd edəcək.