Hindistan-Pakistan sərhədi boyu tam sədd iki ilə çəkiləcək

 

 
Hindistan və Pakistan arasındakı sərhəd xəttinə təxminən iki ilə - 2018-ci ilin dekabr ayına qədər yeni sədd çəkiləcək və təhlükəsizlik sistemləri quraşdırılacaq.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın daxili işlər naziri Racnath Sinqh sərhəd ştat və regionların başçıları ilə Acmarda keçirilən görüşdə bildirib.
 
"Müddət müəyyən edilib. İşlər 2018-ci ilin dekabr ayına qədər başa çatacaq. Hazırda fəaliyyət planı hazırlayırıq" - R.Sinqh vurğulayıb.
 
Hazırda Hindistan DİN başçısı R.Sinqh vəziyyətlə yerində tanış olmaq üçün ölkənin qərbində yerləşən sərhəd rayonlarına yoxlama səfəri həyata keçirir.
 
Xatırladaq ki, Hindistan və Pakistan arasında dövlət sərhədinin uzunluğu 2900 km-dən çoxdur.